MARAQLI

Davada qoparılan qulağını qağayı götürüb uçdu – FOTO/VİDEO

Sharing is caring!

Qadına qarşı şiddət göstərən gəncin qarşısını almaq cəhdi 29 yaşlı Eyup Çeliyə baha başa gəlib. Belə ki, dava zamanı o qulağını itirib.

“Haber Global”ın məlumatına görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.

Zərərçəkənin iddiasına görə, sahildə gənc cütlüklər arasında davanın şahidi olub. Bir müddət sonra o, qadının kömək istəyinə  biganə qala bilməyib və hadisəyə müdaxilə edib. Bundan qəzəblənən qarşı tərəf – Almaniya vətəndaşı Alparslan Seyrək qızı buraxıb və ona hücum çəkib. Dava zamanı A.Seyrək dişi ilə E.Çeliyin qulağından bir parça qopararaq yerə atıb. Bu zaman yaxınlıqda uçan qağayı onu götürərək uçub.

Hadisə ilə bağlı tərəflər məhkəməyə müraciət edib.

Eyup Çelik qulağından iki dəfə əməliyyat olunub, ancaq vəziyyəti hələ də ürəkaçan deyil.

“Dostlarım mənə deyir ki, niyə qarışırdın, qoy öldürərdi. Amma mən yenə görsəm, yenə müdaxilə edərəm. Mənə bunu edən qıza gör nələr edərdi”, – deyə o, bildirib.

A.Seyrək saxlanılıb, məhkəmə davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir