MARAQLI

Pənah Hüseynlə Tofiq Abbasov efirdə əlbəyaxa oldular – Video

Sharing is caring!

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.

Xəbəral.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, hadisə “Yeni Müsavat”ın efirində yayımlanan “Dərin Təhlil” verilişində baş verib.

Tofiq Abbasov verilişdə olan digər qonaq deputat Səməd Seyidovun adını çəkərkən, “Səməd bəy” deyəndən sonra “Səməd müəllim” deyərək düzəliş etməsinə Pənah Hüseyn replika ilə cavab verib. 

“Nə olar bəy olanda, həm də Səməd bəydir də, niyə ehtiyyat edirsən bəy sözündən” – deyən P.Hüseynə T.Abbasovun cavabı belə olub: “Bəy sənsən də, mən sənə bəy deyirəm”.
Bundan sonra ikili arasında mübahisə əlbəyaxa davaya çevirilib.

Həmin görüntüləri təqdim edirik:

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir