MARAQLI

Ərdoğana hədiyyə edilən “Zəfər”in FOTOLARI

Sharing is caring!

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya tədbiri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qarabağ atı hədiyyə edilib.

XəbərAl.az xəbər verir ki, öncə Prezident İlham Əliyev həmin atın fotosu və məlumatları olan açıqcanı həmkarına göstərib.

Daha sonra R.T.Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı hədiyyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir