Hadisə

Metronun “Əhmədli” stansiyasında tüstülənmə baş verdi

Sharing is caring!

Bu gün səhər saatlarında “Bakı Metropoliteni” QSC-nin “Əhmədli” stansiyasının yaxınlığındakı şaxtada, kabel muftasında qısaqapanma baş verib.

Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, elektrik mühafizəsi dərhal işə düşərək onu açıb və ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində 2 dəqiqə fasilə olub. Metropolitenin iş rejimində dəyişiklik yoxdur”, – deyə B.Məmmədov əlavə edib.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir