MARAQLI

Serdar Ortaç əlil arabasında görüntüləri ilə pərəstişkarlarını məyus etdi – VİDEO

Sharing is caring!


Uzun illərdir dağınıq sklerozdan əziyyət çəkən türkiyəli məşhur müğənni Serdar Ortaç son görüntüləri ilə pərəstişkarlarını məyus edib. Belə ki, məşhur ifaçı konsertindən əvvəl və sonra əlil arabasında hərəkət edib.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda Ortaçın pərəstişkarları ilə foto çəkdirərkən arabadan çətinliklə durduğu və yeriyərkən əziyyət çəkdiyi, köməyə ehtiyac duyduğu görünür.

Qeyd edək ki, Serdar Ortaç son zamanlar paylaşımları və sözləri ilə gündəm olub. Bundan əvvəl o, canlı yayıma içkili çıxıb və həmkarı Tarkanı söyərək hər kəsi şoka salıb.

Xatırladaq ki, dağınıq sklerozla uzun illərdir mübarizə aparan ifaçı xəstəliyi ilə əlaqədar ayağının amputasiya oluna biləcəyini deyib.

Mənbə: Mynet.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir