MARAQLI

Antalyada baş verən güclü tornadonun görüntüləri yayıldı – FOTO/VİDEO

Sharing is caring!


Türkiyənin Antalya şəhərində baş verən güclü tornadonun görüntüləri yayılıb.

Daha əvvəl “narıncı kod” xəbərdarlığı edilən şəhərdə leysan və fırtına həyatı iflic edib. Kumluca rayonunda isə tornado nəticəsində altı nəfər xəsarət alıb.

Yollardakı gölməçələr səbəbindən nəqliyyatda fasilələr yaranıb.

Şəhərin mərkəzindəki bəzi məhəllələrdə evləri və iş yerlərini su basıb. Bəzi yeraltı keçidlərdə gölməçələr əmələ gəlib və avtomobillər çıxılmaz vəziyyətdə qalıblar.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir