Cəmiyyət

Bir marketdə 6 ton yararsız məhsul aşkarlandı

Sharing is caring!

Azərbaycanda bir marketdə altı ton istehsala yararsız məhsullar aşkarlanıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Şəmkir rayonunun Düyərli kəndində fəaliyyət göstərən fiziki şəxs Zabit Müseyib oğlu Namazova məxsus “Grand” ərzaq satışı mağazasında planlı yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Mağazada ümumi çəkisi 6.075 kiloqram müxtəlif çeşiddə şirniyyat və xama məhsulunun, eləcə də doqquz litr meyvə şirəsinin yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Mağazada qeydə alınan nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub və istehlaka yararsız məhsulların satışdan çıxarılması barədə qərar qəbul edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir