MARAQLI

Meksikanın ən böyük vulkanı püskürdü: Onlarla reys təxirə salındı – VİDEO

Sharing is caring!


Meksikanın ən böyük vulkanı Popokatepetl püskürüb. Bu səbəbdən Mexiko hava limanında onlarla reys təxirə salınıb.

Bu barədə paytaxtın Benito Xuarez adına beynəlxalq hava limanının səhifəsində məlumat verilib.

Vulkanın yaydığı kül buludunun Meksika körfəzinə doğru hərəkət etdiyi bildirilib.

Qeyd edək ki, Mexikodan təxminən 70 km məsafədə yerləşən Popokatepetl Latın Amerikası ölkəsinin ən böyük və aktiv vulkanlarından biridir. Onun hündürlüyü 5,42 km-ə çatır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir