Dünya

Yuxusuzluqdan əbədi qurtulmağın yolu saymaqdan keçir: Ancaq 100-ə kimi yox, sadəcə 4-7-8

Sharing is caring!


“4-7-8” adlı nəfəs məşqləri sinir sistemini sakitləşdirməyə, narahatlığı azaltmağa və tez yuxuya getməyə kömək edir.

Bu barədə britaniyalı qastroenteroloq Surab Sethi tez yuxuya getməyin sadə və təsirli üsulundan danışarkən bildirib.

Onun sözlərinə müntəzəm edildiyi təqdirdə, yuxusuzluqdan tamamilə qurtulmaq mümkündür.

“Dörd saniyəyə dərindən nəfəs alın, sonra nəfəsinizi tutun və yeddiyə qədər saymağa davam edin, ardınca səkkizə qədər sayaraq nəfəsinizi verin”, – deyə mütəxəssis texnikanı təsvir edib.

Sethi bu tənəffüs praktikasının yoqadan götürüldüyünü vurğulayıb.

“Bu üsul rahatlamağa kömək edir və bədəni oksigenlə doyurur, stress və ya narahatlıq nəticəsində yaranan yuxu problemləri üçün effektiv işləyir”.

Bundan əlavə, qastroenteroloq yatmazdan əvvəl banan yeməyi məsləhət görüb

“Çünki bu meyvənin tərkibində yuxu hormonu melatonin istehsalını təşviq edən triptofan maddəsi var. Həmçinin qatıq eyni effekti verir” , – deyə həkim sözlərini yekuynlaşdırıb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir