MARAQLI

Pentaqon rəhbəri il başlayandan ikinci dəfə xəstəxanaya yerləşdirildi

Sharing is caring!


ABŞ müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirilib.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder xəbər verib.

“Müdafiə naziri Lloyd Ostin, sidik kisəsi problemləri əlamətləri ilə müayinə üçün xəstəxanaya yerləşdirilib”, – deyə məlumatda vurğulanıb.

Bildirilir ki, vəziyyətlə bağlı müdafiə nazirinin müavini və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, həmçinin Ağ Ev və Konqresə məlumat verilib.

“Təxminən saat 16:55-də (Bakı vaxtı ilə 01:55) Llyod Ostin müdafiə naziri vəzifəsini və səlahiyyətlərini müavini Ketlin Hiksə təhvil verdi”, – deyə məlumatda əlavə edilib.

Xatırladaq ki, 2023-cü ilin dekabr ayının əvvəlində Ostinə prostat xərçəngi diaqnozu qoyulub. Dekabrın 22-də ümumi anesteziya altında ondan şiş götürülüb, sonra evə buraxılıb. Lakin 2024-cü il yanvarın 1-də ürəkbulanma da daxil olmaqla, qarın nahiyəsində, omba və ayaqda şiddətli ağrılarla müşayiət olunan fəsadlara görə yenidən xəstəxanaya yerləşdirilib. Bu dəfə ona sidik yollarının infeksiyası diaqnozu qoyulub.

Yanvarın ilk axşamı Ostin “Uolter Rid” Milli Tibb Mərkəzində (Meriland) palataya yerləşdirilib, yanvarın 2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib. Onun xəstəxanada olması barədə, hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub.  ABŞ Dövlət katibi Antoni Blinken də bu məsələdən gec xəbər tutduğunu etiraf edib. Sonradan Ostinin xəstəxanaya yerləşdirilməsinin maraqlı təfərrüatı ortaya çıxıb. Məlum olub ki, naziri tibb müəssisəsinə aparmaq üçün gələn təcili yardım maşınından Pentaqonun rəhbərinin evinə sirenləri söndürmək və sayrışan işıqları yandırmamaq tələb olunub.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir