İdman

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Sharing is caring!

Azərbaycanın stolüstü tennisçisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində bürünc medal qazanıb.

Federasiyadan verilən məlumata görə, 11 yaşadək idmançıların mübarizəsində Onur Quluzadə 3-cü olub.

Quluzadə yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

15 yaşadək tennisçilərin turnirində qrup mərhələsini arxada qoyan Adil Əhmədzadə də bu gün mükafatlar uğrunda yarışacaq. Eyni yaş qrupunda qüvvəsini sınayan Rüstəm Hacılı ilə Hüseyn Eylazov 1/16 finalda mübarizəni dayandırıblar.

Qeyd edək ki, yarışda 18 ölkənin idmançıları iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir