MARAQLI

XIX əsrdə batan sirli yelkənli gəmi Kanada sahillərində peyda oldu – FOTO/VİDEO

Sharing is caring!


Kanadada XIX əsrdə batan gəminin müəmmalı qalıqları Nyufaundlend əyalətində sahilə çıxıb.

Qeyd olunur ki, gəminin qalıqlarını 21 yaşlı Qordon Blekmor quş ovu zamanı aşkar edib. Bir çox turistlər və yerli sakinlər köhnə gəminin qalıqlarına baxmaq üçün Keyp-Rey kəndinə axın etməyə başlayıblar.

Nyufaundlendin Qəzaya uğramış gəmilərin mühafizəsi cəmiyyətinin prezidenti Nil Bercess yelkənli qayığın 1800-cü illərdə tikildiyini təxmin edib. Gəminin aşkar edilən hissəsinin uzunluğu 24 metrə çatır.

Bercess dağıntıların keçən il ərazini ağuşuna alan Feona fırtınasının dəniz dibindən çıxara biləcəyinə dair fərziyyəni irəli sürüb. Qasırğa bir çox evi dağıdıb və sahil xəttini dəyişib.

Mənbə: CBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir