MARAQLI

Qoçlar sürü ilə insanlara hücuma keçdilər – VİDEO

Sharing is caring!


Türkiyədə qeyri-adi hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb. Belə ki, qoyunlar insanlara hücum ediblər.

Hadisə Antalyada baş verib.

Kadrlardan görünür ki, yolu qarşı tərəfə keçən kişi qəfil peyda olan qoçun hücumuna məruz qalır. O, aldığı zərbə nəticəsində kişi yıxılır. Bunu görən ətrafdakı gənclər tez köməyə qaçırlar, kişi ayağa qalxaraq yoluna davam edir.

Lakin bir müddət sonra qoç yanındakı qoyunlarla yenidən hücuma keçir. Bu dəfə kişi yerdən götürdüyü daşları ataraq özünü qorumağa çalışır. Ancaq heyvanlar yolu dəyişərək kənardan baş verənləri izləyəninsanlara hücum edirlər.

Videoda gənclərin sürətlə ərazidən qaçdığı görünür.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir