Dünya

İstanbulda üçmərtəbəli bina çökdü – VİDEO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli tərk edilmiş bina uçub. Fatih rayonunda yerləşən binada heç kim olmayıb, binanın dağılması səbəbindən 4 avtomobil zədələnib.

Xilasetmə qrupları hər ehtimala qarşı qalıqlarda axtarış aparıblar. Zəlzələ riski daşıyan İstanbulda binanın öz-özünə çökdüyü məlum olub.

Digər tərəfdən, hadisə ilə əlaqədar araşdırma başladan polis qrupları binanın qeydə alınmış tarixi tikililərdən biri olduğunu müəyyənləşdiriblər.

Mənbə: Sözcü

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir