Kriminal

Bakıda kişi naməlum şəraitdə bıçaqlandı

Sharing is caring!

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xeberal.Az xəbər verir ki, hadisə Xutor qəsəbəsi 15 ünvanında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məmmədov Hüseyn Adil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, o, komatoz vəziyyətindədir.

Fakt Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir