MARAQLI

Yer maşını “uddu”: Rusiyalı sürücünün çətin anları – VİDEO

Sharing is caring!


Rusiyalı qadın sürücü avtomobilini yolda sürərkən birdən-birə özünü “yerin içində” görüb. Hadisə Azov şəhərində baş verib.

Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım çağırılıb. Qadın avtomobilinin yük yerindən çıxarılıb.

Məlumata görə, o, xəsarət almayıb, sadəcə bərk qorxub.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Yerin çökməsinin səbəbi məlum deyil.

Yerli sakinlərdən birinin sözlərinə görə, bədbəxt hadisə kanalizasiya borusunun uğursuz dəyişdirilməsi səbəbindən baş verə bilərdi.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir