MARAQLI

Kim Çen Inın bacısı: “Cənubi Koreya atdığımız hərbi “yemi” uddu”

Sharing is caring!


KXDR silahlı qüvvələri üçüncü gün ardıcıl olaraq Cənubi Koreyanın qərb sahillərində artilleriya təlimləri keçirib.

Bu barədə “Yonhap” agentliyi Koreya Respublikasının Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.

Agentliyin məlumatına görə, KXDR ordusu Sarı dənizdə yerləşən Yonpxyon adasının şimalında artilleriya atəşini davam etdirir. 

Həmçinin Pxenyan yanvarın 6-da Cənubi Koreyaya atəşi imitasiya etdiyini bildirib. Belə ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon KXDR-in həmin gün Cənubi Koreyaya bir dənə də olsun mərmi atmadığını – aldatma əməliyyatı həyata keçirdiyini bəyan edib.

“Silahlı qüvvələrimiz həmin sulara bir mərmi də atmayıb. Koreya Respublikasının hərbi quldurları bizim atdığımız “yemi” uddular”, – deyə Kim Yo Çjon vurğulayıb.

O, bildirib ki, KXDR ordusu sahil artilleriya silahlarından açılan atəş adı altında partlayıcıları 60 dəfə işə salıb.

“Aldatma əməliyyatı Cənubi Koreyanın Şimali Koreyanın fəaliyyətlərini aşkar etməkdə əsl imkanlarını ifşa etmək üçün həyata keçirilib”, – deyə o əlavə edib.

Kim Yo Çjonun sözlərinə görə, Cənubi Koreya ordusu partlayışları silah səsi ilə səhv salıb və mərmilərin Sarı dənizin bufer zonasına düşdüyü barədə uydurma iddialar irəli sürüb.

Qeyd edək ki, yanvarın 5-də KXDR Pennyondo adasının şimalındakı Çansan burnu və Yonpxyon adasının şimalındakı Qora burnuna 200 artilleriya mərmisi atıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən şimal demarkasiya xəttinin yuxarı hissəsinə düşüb. Adaların yerli sakinləri təxliyə edilib, dəniz və hava hərəkəti dayandırılıb. Buna cavab olaraq Cənubi Koreya hərbçiləri təlimlər keçiriblər.

Mənbə: Kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir