Cəmiyyət

Azərbaycanda bir gündə rekord sayda buynuz qişa transplantasiyası əməliyyatları keçirilib

Sharing is caring!

19-20 noyabr tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti buynuz qişa transplantasiyası əməliyyatları həyata keçirildi.

İki gündə müxtəlif patologiyalı 21 xəstəyə buynuz qişa köçürüldü. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə ilk olaraq bir gündə 13 xəstəyə buynuz qişa transplantasiyası əməliyyatı icra edildi.

Əməliyyat texnikasının çətinliyini və həcmini nəzərə alsaq, bir gündə bu sayda əməliyyatın icrası ölkədə ilk dəfə idi.

Bütün əməliyyatlar Həsənov Cəmil tərəfindən həyata keçirilib, anesteziya Haqverdiyev Fərhan tərəfindən verilib, əməliyyat tibb bacısı Cəfərova Esmira, anestezist-tibb bacıları Mövlamlı Fidan və Nadirova Xəyalə olub.

Əslində bu işin təşkilində demək olar ki, mərkəzin bütün işçiləri iştirak ediblər. Yaradılan şəraitə görə mərkəzin kollektivi rəhbərliyinə və təşkilat işlərində iştirak edən hər bir kəsə dərin təşəkkürünü bildirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir