MARAQLI

Konsertdə FACİƏ: Braziliyalı musiqiçi səhnədə mahnı oxuduğu zaman öldü – FOTO/VİDEO

Sharing is caring!


Braziliyada konsert zamanı faciə baş verib. Belə ki, 30 yaşlı ifaçı Pedro Enrike səhnədə qəfildən ölüb.

Məlumata görə, müğənni portuqal dilindən tərcümədə “Çox gözəl olacaq” mənasını verən “Vai Ser Tao Lindo” mahnısını ifa edərkən gözlənilmədən ayaqları boşalıb və tarazlığını saxlaya bilməyərək yıxılıb. Pərəstişkarları dərhal onun köməyinə qaçıblar.

Enrike xəstəxanaya aparılsa da, həkimlər onun genişsahəli infarktdan öldüyünü elan ediblər.

Pedro Enrike Braziliya gospeli (Yevangeliya mətnlərinə əsaslanan ruhani musiqi janrı) janrında mahnılar və xristian ilahiləri ifa edirdi.

“Xristian musiqisinin seqmenti matəmdədir. Cənnət şərəfli oğlunu salamlayır: Pedro Enrike! Tezliklə görüşənədək, əziz qardaş! Tezliklə görüşənədək!” – deyə Enrikenin işlədiyi səsyazma şirkətinin bəyanatında deyilib.

Mənbə: Sargrad TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir