Dünya

Qazaxıstanda polis bir gündə minlərlə insanı şaxtadan xilas edib – VİDEO

Sharing is caring!


Qazaxıstanda polis əməkdaşları bir gündə iki mindən çox insanı soyuqdan xilas ediblər.

Bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Qazaxıstanın bir sıra regionlarında çətin hava şəraiti davam edir. Beynəlxalq, respublika və yerli əhəmiyyətli avtomobil yollarının 50-dən çox hissəsi bağlı qalır. Jambıl, Karaqanda, Pavlodar, Türküstan, Şərqi Qazaxıstan, Qızılorda, Akmola və Jetısu polisləri 24 saat dayanmadan işləyirlər. Rayon yollarında pis hava şəraitinin qurbanı olan insanlara köməklik göstərilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının 2 013-dən çox insanı təxliyə etdikləri 331 isinmə məntəqəsi var”, – deyə məlumatda bildirilir.

Bundan başqa, təkcə ötən gün ərzində polis əməkdaşları tərəfindən 118-i uşaq olmaqla 2 660 vətəndaşa yardım göstərilib. Ciddi yol-nəqliyyat hadisəsi baş verməyib.

“Asayiş keşikçiləri sürücülərə donmuş (dizel) yanacağı qızdırmaqda, avtomobilləri təmir etməkdə köməklik edir və onlara isti çay verirlər. Həmçinin pis görmə şəraitində olan avtomobil karvanlarının müşayiət edilməsi də təşkil olunub. Ümumilikdə, hava şəraiti pisləşəndən bəri polis 3 100-dən çox insanı xilas edib”, – deyə departament qeyd edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir