Dünya

Böyük Britaniya kralı xərçəng xəstəliyinin müalicəsinə başlayıb – FOTO

Sharing is caring!


Bukingem Sarayı Kral III Çarlzın xərçəng xəstəliyindən müalicə olunduğunu açıqlayıb. 

Müalicə müddətində o, vəzifələrini yerinə yetirməyə davam edəcək, lakin kütləvi tədbirlərdə iştirak etməyəcək. 

Sarayın bəyanatında deyilir ki, kral müalicəsinə müsbət yanaşır və bütün ictimai vəzifələrinə tam şəkildə qayıtmağı səbirsizliklə gözləyir. 

Kralın nümayəndəsi əlahəzrətin hansı xərçəng xəstəliyinə tutulduğunu açıqlamasa da, bunun prostat xərçəngi olmadığını vurğulayıb. 

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir