MARAQLI

Yaponiyada 2023-cü ilin rəmzi olan heroqlif seçildi – FOTO/VİDEO

Sharing is caring!


Yaponiyada ənənəvi olaraq başa çatmaqda olan ilin simvolu seçilib. Bu münasibətlə təntənəli mərasim Kiotodakı buddist “Təmiz Su məbədi”ndə keçirilib.

Yaponiyada 2023-cü ilin rəmzi olaraq “zei” (“vergi”) simvolu seçilib. Bildirilib ki, cari ildə Yaponiyada əksər xəbərlər vergilər mövzusuna həsr olunub.

Ənənəyə əsasən, ilin simvolunu məbədin abbatı, rahib Seyhan Mori 130×150 sm ölçülü düyü kağızı vərəqinə çəkib.

Xatırladaq ki, 2022-ci ildə simvol “Ikusa” (“döyüş, müharibə”) heroqlifi olmuşdu. Təşkilatçıların fikrincə, bu seçim bir neçə səbəbdən, o cümlədən koronavirusa qarşı davam edən mübarizə, Ukraynadakı münaqişə, həmçinin yapon idmançılarının Pekində keçirilən Qış Olimpiya Oyunlarında uğurlu çıxışı ilə bağlı edilib.

İlin simvolu 1995-ci ildən müəyyən edilir. Cari mərasim ardıcıl 29-cu olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir