MARAQLI

Çinin yeni kəşfi: Ət və tərəvəz tullantıları ilə uçan təyyarələr – FOTO

Sharing is caring!


Çində hər il ət və tərəvəz qalıqlarından əldə edilən 150 min tullantı dayanıqlı yanacaq əldə edilməsi üçün təkrar emal edilir və daha sonra hava yolu şirkətlərinə satılır.

Dayanıqlı aviasiya yanacağı adlanan bu yanacaq növü hazırda istismarda olan təyyarələrdə istifadə edilə bildiyi üçün bu sahənin karbondan təmizlənməsində ən sadə üsul hesab olunur. Bu üsul vasitəsilə CO2 emissiyalarında (tullantılarında – red.) 80 faiz nisbətində əhəmiyyətli azalma təmin edilir.

Ən maraqlısı isə odur ki, bu yanacaq çox müxtəlif tullantılardan əldə edilə bilir. Məsələn, ağacdan və ya kənd təsərrüfatı qalıqlarından, yosunlardan, biokütlədən və ya, hətta emal edilmiş yağdan istehsal oluna bilər ki, bu da onları daha da səmərəli edir. 

Bu yağlar bəzi bölgələrdə, məsələn, ət və tərəvəz qalıqlarının yüksək qiymətləndirildiyi Çində qızıl mədənləri hesab oluna bilər. Çinin cənub-qərbindəki Çenqduda bu emal edilmiş yağlar “Jet” təyyarələr üçün yanacaq kimi istifadə olunur.

Şəhərdəki restoranlarda hər il qırmızı, yağlı maye şəklində 150 min ton tullantı istehsal edilir.

“Jinshang” şirkəti bu tullantıları toplayır, emal edir və filtrasiya edir. Tullantılar daha sonra nəhəng çəlləklərə tökülür, qalan su və yad maddələrin təmizlənməsi üçün saflaşdırma proseduruna məruz qalır. Nəticədə açıq sari rəngli, sənaye tipli yağ əldə edilir.

Bu məhsul daha sonra əsasən Avropa, ABŞ və Sinqapura ixrac edilir. Onlar da bu məhsulu hava yollarına satılan dayanıqlı aviasiya yanacağına çevirirlər.

“Şüarımız: Qoyun, emal edilmiş yağ uçsun!” – deyə “Jinshang” şirkətinin rəhbəri Ye Bin bununla bağlı bildirib.

Qeyd edək ki, “Air France” aviaşirkətinin təyyarəsi “Total” tərəfindən istehsal edilən və 16 faizini bu qəbildən yanacağın təşkil etdiyi yanacaqla ilk uzun məsafəli uçuşunu 2021-ci ildə Paris və Kanada arasında həyata keçirib.

“Airbus” şirkəti 2022-ci ildə 100 faiz emal edilmiş qida yağından əldə edilən dayanıqlı yanacaqla “A380” təyyarəsini havaya qaldırıb və bu uçuş üç saat davam edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir