MARAQLI

Şotlandiyada çimərlikdə aşkar edilən narıncı məxluq insanları təəccübləndirib – FOTO

Sharing is caring!


Şotlandiyada çimərlikdə tapılan narıncı məxluq insanları təəccübləndirib.

Yerli sakinlər etiraf edirlər ki, daha əvvəl belə heyvan görməyiblər.

Şahidlərin dediyinə görə, narıncı məxluq balığa bənzəyir. O, uzun və sivri formaya malikdir, onun başa bənzəyən hissəsində ağ ləkələr var.

Məxluq Qreq Cenkinson və oğlu tərəfindən yerli çimərlikdə gəzərkən aşkar edilib.

“Oğlum mənə qışqıraraq dedi ki, “Bax, səkkizayaqlının ayağı!” Çünki uzaqdan o, məhz elə görünürdü”, – deyə kişi xatırlayır.

Qreq tapıntının şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Bu yolla o, izləyicilərin heyvanı müəyyən edə biləcəklərinə ümid edib.

“Yadplanetlilərin işğalını saymasaq, bunun nə olduğuna dair heç bir məlumatım yoxdur”, – deyə o paylaşdığı şəklin altında yazıb.

Böyük Britaniyanın dalğaların sahilə vurub çıxardığı balinakimilərin tədqiqi üzrə proqramın üzvü Rob Devill qeyd edib ki, bu, kiçik bir balinakimi sinfinə aid heyvanın parçalanmış qalıqları ola bilər, lakin bu, dəqiq deyil.

Mənbə: Daily Star

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir