Dünya

İbrahimoviç klubsuz qalacaq?

Sharing is caring!


“Milan”ın növbəti mövsüm üçün transfer planları məlum olub.

İtaliya A Seriyası klubu bir neçə futbolçu ilə yolları ayıracaq. Onlardan biri Zlatan İbrahimoviçdir. İsveçli forvardla müddəti başa çatacaq müqavilə yenilənməyəcək. Buna 41 yaşlı hücumçunun tez-tez zədələnməsi səbəb olub.

Bundan başqa, Divok Origi də rəhbərliyin növbəti mövsüm üçün planlarına daxil deyil. Əvəzində Rafael Leau və Olivye Jiru ilə yeni müqavilələr imzalanacaq.

“Milan” heyətinə mərkəz hücumçusu, sağ vinger və dayaq yarımmüdafiəçisi cəlb etməyə çalışacaq.

Mənbə: “Foot Mercato”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir