MARAQLI

Kosmosdan Yerə səkkiz milyard ilə gəlib çatan radiodalğalar aşkar edildi

Sharing is caring!


Avstraliyalı astronomlar müəmmalı bir partlayış aşkar ediblər ki, bu partlayışa səbəb olan radiodalğaların Yerə gəlib çatma müddəti 8 milyard il çəkir.  

Nəticələri “Science” jurnalında dərc edilən araşdırmaya əsasən, “Fast Radio Bursts” (FRB) (Sürətli radio dalğaları) adı verilən radiodalğalardan biri 8 milyard illik səyahətindən sonra Yerə gəlib çatıb.

Tədqiqatçılar “FRB 20220610A” adlandırılan dalğanın uzunluğunun bir millisaniyədən az davam etdiyini bildiriblər.

Tədqiqatçılardan olan Styuart Rayder “Australian Square Kilometer Array Pathfinder” (ASKAP) adlı radioteleskop vasitəsilə dalğanın haradan gəldiyini müəyyən edib. Daha sonra isə Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopundan istifadə edərək dalğanın gəldiyi qalaktika ilə bağlı axtarışlar apardığını qeyd edib.

Rayderin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində bu dalğanın digər FRB-lərdən daha uzaqdan gəldiyi və birləşməkdə olan bir neçə qalaktikanın partlaması nəticəsində yarandığı kəşf edilib.  

Digər tədqiqatçı Rayan Şennon da FRB-lərin kainatın kütləsini hesablamaq üçün istifadə oluna biləcəyini nəzərə çatdırıb. Şennon qeyd edib ki, FRB-lər qalaktikalararası ionlaşmış materialı aşkar edə bilir.

Xatırladaq ki, 2007-ci ildə ilk FRB kəşf edildikdən sonra indiyədək 50 FRB-nin haradan gəldikləri müəyyən edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir