İdman

Bakıdakı Dünya Kuboku başa çatır: Nicat Abasov üçüncü ola biləcək?

Sharing is caring!


Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün mükafatçılar müəyyənləşəcək.

Oxu.Az xəbər verir ki, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan qrosmeysterlər tay-brekdə güclərini sınayacaqlar.

Azərbaycan təmsilçisi Nicat Abasov bürünc medal uğrunda Fabiano Karuana (ABŞ) ilə qarşılaşacaq. Şahmatçılar ilk iki klassik partiyada hərəyə bir qələbə qazanıblar.

Finalda isə hindistanlı Rameşbabu Praqnanandha norveçli keçmiş dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. Qrosmeysterlərin hər iki klassik oyununda bərabərlik qeydə alınıb.

Həlledici görüşlərdən sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir