MARAQLI

Astronavtlar kosmosda qadağan olunmuş təcrübəni həyata keçirdilər – VİDEO

Sharing is caring!


Kosmik stansiyalarda açıq atəşlə təcrübələr aparmaq qadağandır. BKS-də sərt qaydalar 1997-ci ildə Rusiyanın “Mir” stansiyasında baş verən kütləvi yanğından sonra yaranıb.

Bununla belə Çinin “Shenzhou 16” missiyasından olan astronavtları “Tiangong” kosmik stansiyasında kibrit yandırıblar.  Çinli astronavtların “Tiangong sinfi” adlı mühazirəsi beş məktəbə canlı yayımlanıb.

Bildirilir ki, mühazirə zamanı Guy Hayçao və Çju Yanşju alovun mikroqravitasiyada necə yandığını göstərmək istəyiblər. Dərc olunan videoda alovun aşağı doğru yayıldığı görünür.

Qeyd edək ki, Yer üzündə alov konveksiya ilə əmələ gəlir: isti hava yüksəlir və soyuq hava aşağı yayılır. Lakin Yer orbitində mikroqravitasiya şəraitində alov zəifdir və bütün istiqamətlərə yayılaraq sferik atəş topları əmələ gətirir.

Mənbə: Fokus

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir