MARAQLI

Orqanizmi cavanlaşdıran qidalar açıqlandı

Sharing is caring!


50 yaşından sonra insan orqanizmində maddələr mübadiləsini və bəzi digər funksiyaları ləngidən proseslər başlayır. Eyni zamanda xroniki xəstəliklər kəskinləşir.

Bir qayda olaraq, düzgün bəslənmənin köməyi ilə sağlamlığa mübət təsir etmək mümkündür.

Rusiyalı diyetoloq Yelena Solomatinanın dediyinə görə, hər 50 yaşlı insan mütləq pəhrizini tənzimləməlidir.

“Xroniki xəstəliklər pis qidalanma səbəbindən ağırlaşır. Bunlar əsasən piylənmə, ateroskleroz, arterial hipertoniya, ürək-damar xəstəlikləridir”, – Solomatina izah edib.

O, aydınlaşdırıb ki, belə hallar tez-tez ikinci tip diabetin inkişaf riskini artırır.

“Belə təhlükəli aqibətdən qaçmaq və xəstəliyin baş vermə ehtimalını aradan qaldırmaq üçün bu xəstəliklərin qarşısını almaq mütləqdir. Bu o deməkdir ki, qənnadı məmulatları, şirniyyatlar, şəkərli soda, ət, eləcə də tərkibində zərərli yağlar olan şirniyyatların istehlakı məhdudlaşdırmaq lazımdır”, – diyetoloq vurğulayıb.

Həkimin sözlərinə görə, bədəni “cavanlaşdırmaq” üçün pəhrizə aşağıdakı qidaları daxil etmək lazımdır: Dəniz məhsulları, dəniz balığı, süd məhsulları, taxıl və yulaf əzməsi, bərk makaron, vitamin kompleksləri.

Bununla yanaşı, yaşlı insanlar gün ərzində yeməklərinə mütləq təzə meyvə, tərəvəz və göyərti əlavə etməlidirlər.

Mənbə: vm.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir