Cəmiyyət

Bakıda ağır yol qəzası olub, ölən və yaralananlar var

Sharing is caring!


Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı 5 dostdan biri ölüb, digərləri ağır xəsarət alıblar.

APA xəbər verir ki, qəza Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Musa Məmmədov idarə etdiyi “Toyota Prius” markalı maşınla hərəkətdə olarkən sükana nəzarəti itirib. Minik avtomobili hərəkətdə olan “MAN” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücü M.Məmmədov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər, 2002-ci il təvəllüdlü Elmir Mehdizadə, 2000-ci il təvəllüdlü Orxan Babazadə, 2002-ci il təvəllüdlü Siyasət Hüseynov və 2003-cü il təvəllüdlü Elşad Şahbazadə ağır bədən xəsarətləri alıblar.

Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Ölən və yaralılar Şüvəlan qəsəbəsində qonşu olublar. Onlar Türkan qəsəbəsinə restorana gedirmişlər.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir