MARAQLI

Əfsanəvi animatorun sirr kimi saxladığı vida animesindən kadrlar yayıldı – FOTO

Sharing is caring!


Sosial şəbəkələrdə əfsanəvi animator Hayao Miyazakinin çəkdiyi “Necəsiniz?” (“How Do You Live?”) animesinin kadrları yayılıb.

Film yapon yazıçısı Yoşino Genzaburonun 1937-ci ildə çap olunmuş eyniadlı kitabı əsasında çəkilib. Layihə şəxsi ailə faciəsindən sonra balaca oğlanın emosional və fəlsəfi inkişafından bəhs edir.

Ehtimal olunur ki, bu anime 82 yaşlı animatorun karyerasında sonuncu olacaq.

“Ghibli” studiyasının baş prodüseri Toşio Suzuki bildirib ki, prodüsserlər “Necəsiniz?”in süjetini açıqlamaq istəmədikləri üçün layihə reklam edilməyib və treyleri yayımlanmayıb.

Suzukinin sözlərinə görə, kinoteatrlara çıxana qədər anime haqqında heç bir məlumat olmayacaq.

Qeyd edək ki, 82 yaşlı Miyazakinin bundan əvvəlki uzunmetrajlı layihəsi 2013-cü ildə ekranlara çıxan “Külək güclənir” (“The Wind Rises”) anime filmi olub. Bundan sonra rejissor karyerasını bitirdiyini açıqlamışdısa da, 2016-cı ildə “Necəsən?” mövzusunda işə başladı.

Onu da qeyd edək ki, əfsanəvi animator “Ruhlarla sovrulanlar” (“Spirited Away”) filminə görə “Oskar” mükafatı alıb. Həmçinin onun “Haulun yeriyən qəsri” (“Howl’s Moving Castle”), “Şahzadə Mononoke” (“Princess Mononoke”), “Qonşum Totorro” (“My Neighbor Totoro”), “Səma qəsri Laputa” (“Castle in the Sky”), “Küləklər vadisindən Navsikaya” (“Nausicaä of the Valley of the Wind”) adlı animeləri müxtəlif mükafatlara layiq görülüb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir