MARAQLI

Möhtəşəm anlar: Üç balinanın sinxron rəqsi hər kəsi heyran qoydu – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə sinxron şəkildə rəqs edən üç balinanın görüntüsü istifadəçilər tərəfindən böyük heyranlıqla qarşılanıb. Kadrlar ABŞ-nin Provinstaun sahillərində ailəsi ilə balıq tutmağa çıxan Robert Addi tərəfindən çəkilib.

O, özü də dəfələrlə balıq ovuna çıxmasına baxmayaraq ilk dəfə belə mənzərə ilə rastlaşdığını etiraf edib.

“Üçlü sinxronlaşdırılmış qozbel balina baleti… Mən buna bənzər bir şey görən kimsəni tanımıram. Bu heyrətamizdir. Yəqin ki, bir daha görməyəcəyim, amma ömür boyu xatırlayacağım heyrətamiz an”, – deyə o təəssüratlarını bölüşüb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir