Cəmiyyət

Azərbaycanlı kişi nişan üzüyünü zəlzələdən zərər çəkənlər üçün yardım toplayanlara gətirdi – FOTO

Sharing is caring!

Qazaxıstanda yaşayan azərbaycanlı kişi nişan üzüyünü Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kimi bağışlamaq istəyib.

Bunu Türkiyənin Astanadakı səfiri Ufuk Ekici özünün “Twitter” hesabında yazıb.

Diplomat İlqar adlı azərbaycanlı ilə fotolarını paylaşıb.

“Başsağlığı vermək üçün səfirliyə gələn və təkidlə özünün nişan üzüyünü Türkiyədə zəlzələdən zərər çəkənlərə bağışlamaq istəyən qarabağlı İlqar qardaşım. Onu zorla razı saldıq. Sağ ol, var ol, qardaşım”, – diplomat bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 351 nəfər ölüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir