MARAQLI

Dostunu suya girməyə təşviq edən yenotun məqsədi izləyənləri qəhqəhəyə boğdu – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə yenotla itin dostluğu barədə görüntülər böyük maraqla qarşılanıb. Kadrlarda hovuzun kənarında dayanan yenotun suyu göstərərək iti üzməyə təşviq etməsi görünür. Hətta ehtimal ki, suyun qəşəng olduğunu göstərmək məqsədilə itə su da sıçradır. Bu məqamlar maraqlı olsa da, yenotun əsl məqsədi sonradan bəlli olub.

Belə ki, yenot, nəhayət, iti inandırmaq üçün özü suya girir. Dostu da onun ardınca suya girəndə yenot itin kürəyinə çıxır.

Kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb, izləyənlərin çoxlu müzakirəsinə səbəb olub. İstifadəçilər yenotun əsl məqsədini anlayandan sonra qəhqəhə çəkdiklərini bildiriblər. Bəziləri isə onların davranışını insanların hərəkəti ilə müqayisə ediblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir