Dünya

Jurnalistə ölüm arzulayan italiyalı nazir müavini oğurlanan rəsm əsərinə görə istefa verdi – FOTO

Sharing is caring!


İtaliyanın mədəniyyət nazirinin müavini, sənətşünas Vittorio Sqarbi 17-ci əsrə aid rəsm əsərinin oğurlanması ilə bağlı aparılan araşdırmalar fonunda qalmaqala, habelə jurnalistə ölüm arzuladığına görə istefa verib.

“Mən dərhal nazir müavini vəzifəsindən istefa verirəm və bu barədə İtaliyanın Baş naziri Corciya Melonini məlumatlandıracağam”, – deyə o bildirib.

Qeyd edək ki, yanvarın əvvəlində Sqarbi dahi rəssam Rutilio Manettinin 17-ci əsrə aid olan və 2013-cü ildə itkin düşən “Müqəddəs Pyotrun tutulması” (“The Capture of Saint Peter”) tablosunu oğurlamaqda şübhəli bilinib: Əsər nazir müavininin evlərindən birində aşkarlanıb.

Nazir müavini, həmçinin, işin araşdırılmasına həsr olunmuş müsahibə zamanı jurnalisti təhqir edərək, “avtomobil qəzasında ölməsini” arzulayıb.

Sqarbi daha sonra üzr istəyib, ardınca isə zarafatla artıq məmur vəzifəsini tutmadığı üçün başqalarına da ölüm arzulaya biləcəyini deyib.

Nazir müavininə qarşı daha bir iş açılıb. O, fransız rəssam Valentin de Bulonun əsərini xaricə qanunsuz satmaq cəhdində ittiham olunur.

Qeyd edək ki, Vittorio Sqarbi dəfələrlə parlamentə seçilib.

Mənbə: Politico

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir