MARAQLI

Piylənmənin gizli təhlükəsi açıqlandı

Sharing is caring!


“Piylənmə qamətin pozulmasına səbəb ola bilər”.

Bu barədə rusiyalı məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov artıq çəkinin gizli təhlükələri barədə danışarkən bildirib.

Aparıcının sözlərinə görə, qarın böyük olduğuna görə bədəndəki ağırlıq mərkəzi dəyişir, ona görə də insan daim arxaya əyilir.

Həkim hamilə qadınların da oxşar problemlərlə üzləşdiyini, ancaq onlar üçün müvəqqəti xarakter daşıdığını qeyd edib.

“Lakin böyük qarınla əlaqədar belə bir duruş əldə edilərsə, sonra onu dəyişmək mümkün olmur. Bu ət deyil, piy deyil. Bəs onda onurğa sütununu qırmaq lazımdır?..”, – deyə Myasnikov xəbərdarlıq edib.

Bu səbəbdən o, ilk növbədə qidalanmaya fikir verməyi və idmanla məşğul olmağı tövsiyə edib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir