İqtisadiyyat

Ağsuda iki imtahanı da eyni günə düşən müəllimin seçimi necə olacaq? – VİDEO

Sharing is caring!


Ağsu rayon sakininin başına qəribə hadisə gəlib.

Xezerxeber.az xəbər verir ki, Sakit Səfərli adlı şəxs həm müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi, həm də İdman Akademiyası üçün qabiliyyət imtahanında iştirak etmək üçün aidiyyəti üzrə müraciət edib.

Maraqlıdır ki, hər iki imtahan eyni günə və eyni saata təsadüf edib.

Düşdüyü vəziyyətdən çıxış yolu axtaran vətəndaş aidiyyəti qurumlara müraciət edib.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzidən bildirilib ki, qabiliyyət imtahanları DİM tərəfindən, müəllimlərin işə qəbulu imtahanı isə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Bu imtahanların tarixlərinin üst-üstə düşməsi təsadüfi xarakter daşıyır.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir