MARAQLI

“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik – FOTO

Sharing is caring!


“WhatsApp” istifadəçilərə çoxdan gözlənilən imkan təqdim edir. Belə ki, artıq mesencerlə videoları yüksək keyfiyyətdə göndərmək mümkün olacaq.

Məlumata görə, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

Ancaq “yüksək keyfiyyət” seçimində belə fayllarda sıxılma olacaq.

“Seçim istifadəçilərə videoları orijinal keyfiyyətində paylaşmağa imkan vermir, lakin yeni funksiya ilə o, xeyli təkmilləşdirilib”, – deyə ekspertlər izah ediblər.

Qeyd olunur ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

“WhatsApp”ın yeni funksiyası “iOS” əsaslı mesencerin “beta” versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant tətbiq oluna bilər.

Mənbə: WABetaInfo

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir