MARAQLI

Zəlzələ turizm sektoruna mənfi təsir edə bilər? – RƏY + FOTO

Sharing is caring!


“Hər hansı həssas hadisə turizm sektorunun dayanmasına səbəb ola bilər”.

Bunu Oxu.Az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov gecə saatlarında baş verən zəlzələnin turizm sektoruna təsiri ilə bağlı danışarkən deyib.

Bəs görəsən, hazırda turizm mövsümüdür, zəlzələ Azərbaycanda turizm sektoruna mənfi təsir edə bilərmi?

Ceyhun Aşurovun sözlərinə görə, təbiət hadisələri turizm sektoruna ilk təsir edən faktordur:

“Ümumiyyətlə zəlzələ və ya digər təbiət hadisələri turizm sektoruna təsir edən ilk faktorlardan biridir. Turizm sektoru həssasdır. Çünki insanların birbaşa təhlükəsizliyinin təmin olunması əsas şərtlərdən biridir”.

Ekspert qeyd edib ki, hər hansı bir həssas hadisə turizm sektorunun dayanmasına səbəb ola bilər:

“Hər hansı bir həssas hadisə turizm sektorunda durma və dayanmaya səbəb ola bilər. İnsanlar özlərini ilk növbədə təhlükəsiz hiss etmək istəyirlər. Düşünmürəm ki, bu ciddi şəkildə bölgələrə turistlərin axının qarşısını alacaq. Zəlzələnin episentri paytaxtdan uzaqdadır. Bakıda ciddi təşvişə səbəb olmayıb. Dağıntı, fəlakət qeydə alınmayıb. Bu mənada onu demək lazımdır ki, təhlükəli vəziyyət yoxdur. Bu, qısa müddət ərzində sadəcə təşviş yaratdı”.

C.Aşurov əlavə edib ki, zəlzələnin turizmə ciddi təsirinin olacağını düşünmürəm:

“Düşünmürəm ki, turizmə ciddi təsiri olacaq. Dağıntı, tələfat olsaydı, turizmin tamamən dayanmasına gəlib çıxardı”.

Xatırladaq ki, ötən gecə Xəzər dənizinin Dağıstan sahillərində 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytaxt Bakıda, Sumqayıt və Abşeron yarımadasında da hiss edilib. Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə 10 min metr dərinlikdə qeydə alınıb.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir