Dünya

Estoniyada Polşaya düşən raketlə bağlı narahatlıq: Təcili iclas keçiriləcək

Sharing is caring!

Estoniyanın Baş naziri Kaya Kallas hökumətin dünən Polşaya düşən raketlə bağlı təcili iclas keçirəcəyini açıqlayıb.

Kallas “Twitter” hesabından verdiyi açıqlamada Polşada baş verən hadisənin narahatlıq doğurduğunu bildirib.

O, Polşa ilə yaxın təmasda olduqlarını qeyd edib:

“Bu həyəcanverici hadisəni müzakirə etmək üçün bu gün kabinet üzvləri ilə təcili iclas keçirəcəyəm. Estoniyadan Polşaya tam həmrəylik və dəstək var”.

Xatırladaq ki, dünən Polşanın Ukrayna ilə sərhədində yerləşən ərazisinə naməlum raketlərin düşməsi nəticəsində iki nəfər ölüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir