MARAQLI

“Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyinin “Uşaqlar və ailələr! Biz harda səhv edirik?” layihəsi elan edildi

Sharing is caring!

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi ” Uşaqlar və ailələr! Biz harda səhv edirik?” layihəsinin icrasına başlanılıb.

Layihə rəhbəri İradə Nəsirova bildirib ki, layihə 3 ay müddətində davam edəcək. Layihənin məqsədi, valideynləri tərəfindən küçəyə atılan uşaqlarla psixoloji, tibbi və hüquqi görüşlər keçirərək onları cəmiyyətə yenidən adaptasiya etməkdir.

İradə xanım bildirdi ki, bəzi ailələr övladlarının qayğısına qalmır, onlara nəinki savad, bilik vermək üçün çalışmır, digər valideynlik vəzifələrini də icra etmir. Övlad dünyaya gətirmək, sonra isə onları baxımsız qoymaq, küçəyə atmaq bu ailələrin sanki “borcudur”. Küçəyə atılmış uşaqlar cəmiyyətdə məhv olmamaq üçün pul qazanmağa çalışır. Buna görə də, qanuni olmayan işlərə əl atır. Bəzən isə narkotik aludəçisi olur. Küçədə yaşayan uşaqlar çox təhlükəli olurlar.Onları bir araya gətirmək, təhlükələrdən uzaq tutmaq bəzən çox çətin olur. Kiçik dövlət olan ailələrimizi qorumaq üçün uşaqları düzgün tərbiyələndirməli, Vətən, millət üçün faydalı insan kimi yetişdirməliyik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir