Hadisə

Müştəri “Soltan su”sifariş verdi, şirkət isə mənbəyi bilinməyən “AQUA LUXE” adı ilə istehlak olunan sular göndərdi – ÖZBAŞINALIQ

Sharing is caring!

Yaşadığımız dünyamız bir çox səbəblərdən çirkab içərisindədir. Bu qədər çirkab arasında həyatımız üçün vacib olan ən azından içdiyimiz suyun təmiz olması vacibdir. Zəruri ehtiyaclarımızı isə bir sıra su satışı həyata keçirən firmalara etibar edirik. Nə yazıq ki, qısa müddətdən sonra etibar etdiyimiz su satışı firmalarının etibarsız, tamahkar niyyətlərinin hədəfi olduğumuzu öyrənib, xəyal qırıqlığı yaşayırıq.

Necə ki, təxminən yanvar fevral aylarında “Çiçəkli su” adı altında satılan və heç bir sertifikat almayan, mənşəyi məlum olmayan suları istehlaka buraxan bir qrup səxsər kimi. Lakin biz bu yazımızda onlardan deyil, “Soltan su “adı ilə satışa çıxarılan sudan danışmaq istəyirik”.

Xəbəral.az Azeronline.TV-ə istinadən xəbər verir ki, bu sözləri Tərifə Sadıqova yazdığı paylaşımında bildirib.

“Vətəndaş Gülnar Kərimova redaksiyamıza müraciət edərək bildirib ki, o da yuxarıda bəhs edilən “Çiçəkli su” dələduzlarının qurbanı olub. Sonra mənbəyinin Şollar suyu olduğu iddia edilən “Soltan su” məhsullarından yararlanmaq istəyib. Lakin,Gülnar xanımın sifarişinə “Soltan su” deyil, “AQUA LUXE” adı ilə istehlak olunan sular göndərilib.

AQUA LUXE” suyu isə başqa istehsalçıya, başqa fiziki şəxlərə məxsusdur. İstehsalçı F/S Həşimov Rüfət Nazim oğlu VÖEN 1701921492 və Quliyev Ələkbər Məhəmməd oğlu F/S VÖEN1402985092 sifarişlərini “Soltan su” ilə deyil,”AQUA LUXE” suyu ilə yerinə yetirməsi və istehsalçılar arasında uygunsuzluğun olması özü başdan-başa müəmma yaradır. Belə olan halda “Soltan su”yun saflığına inanmaq da sual altına düşür. (Şərti olaraq) Gülnar xanım ziyalı biri insan olması səbəbilə üzləşdiyi bu halı sorğulamaq, araşdırmaq iqtidarındadır. Bəs bu qədər uyğunsuzluğu fərq etmədən, istehsalçıya güvənən istehlakçıların haqlarına girmək hansı vicdana, əxlaqa və qanuna sığır?

Biz bu və ya bunlar kimi işbazların fəaliyyətinin qanuni, qeyri-qanuni olmaları barədə fikir söyləyə bilmərik. Lakin aidiyyatı orqanlar bizim yazımız əsasında vətəndaşların haqlı şikayətlərini dəyərləndirməyə borcludurlar. Ümidvarıq ki, lazımı orqanlar da öz vəzifələrini xatırlayıb, su tacirlərinin fırıldaq bizneslərinə son qoyarlar”.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir