MARAQLI

Türkiyədə dəcəl uşaq bacısını ələ verdi – VİDEO

Sharing is caring!


Türkiyədə onlayn dərs zamanı müəlliminin verdiyi suala tələbənin reaksiyası sosial mediada gündəm olub.

Kadrlarda müəllimin sualından sonra monitorun ekranının “donduğu” görünür. Bu zaman müəllim “Duyğucan, internetdə problemin var?”, – deyə soruşur. Lakin tələbə hərəkətsiz olaraq ekrana baxmağa davam edir.

Müəllim və dostları Duyğunun internetinin kəsildiyini düşünərkən, əslində reallığın tamamilə başqa cür olduğu üzə çıxıb.

Belə ki, qızın oturduğu otağa uşaq girir və bacısından nəsə istəyir. Uşağı və tələbənin pərt olmuş üzünü görən müəllim isə əslində qızın oyun oynadığını başa düşür.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir