Dünya

İordaniya kralı ailəsindən 30 illik evlilik münasibətilə paylaşım – FOTO/VİDEO

Sharing is caring!


İordaniya kralı Abdullah və kraliça Raniya iyunun 10-da evliliklərinin 30-cu ildönümünü qeyd ediblər.

Müasir dövrün ən gözəl kral cütlüklərindən biri bu özəl gündə təsirli foto və videolar paylaşıb.

Kraliça Rania həyat yoldaşı ilə çəkdirdiyi şəkli “Instagram” səhifəsində yerləşdirərək yazıb:

“Hər keçən gün bizi daha da yaxınlaşdırır və hər keçən il mənə həyatımı səninlə keçirdiyim üçün necə inanılmaz dərəcədə xoşbəxt olduğumu göstərir. 30 yaşın mübarək, kralım”.

Şahzadə Hüseyn valideynlərinin evlilik ildönümünə həsr olunmuş video paylaşaraq bu sözləri yazıb: “Ən mehriban, sadiq və səxavətli valideynləri toylarının 30 illik ildönümü münasibətilə təbrik edirik”.

Xatırladaq ki, Kral Abdullah və Kraliça Ranianın toyu 1993-cü il iyunun 10-da olub. Raniya kraliça titulunu Kral Hüseynin ölümü ilə bağlı üç aylıq rəsmi matəmdən sonra alıb. Abdullah ilə görüşməzdən əvvəl Qahirədəki Amerika Universitetinin məzunu olan qadın “Citibank” və “Apple”ın marketinq şöbəsində çalışıb. O, şahzadə ilə 1993-cü ilin yanvarında Ammanda şam yeməyində tanış olub və altı ay sonra ailə qurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir