İdman

ÇL: “Mançester Siti” çempion! – YENİLƏNİB + VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gəliblər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma “şəhərlilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində “şəhərlilər” ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib.

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. “İnter” isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya) – 1:0
Qol:
 Rodri, 68

Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

00:29

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 68-ci dəqiqəsində Rodri “Mançester Siti”ni hesabda önə çıxarıb. 

00:05

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ikinci hissə başlayıb. 

Oxu.Az xəbər verir ki, matçın ilk yarısında qol olmayıb.

23:48

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb. 

Oxu.Az xəbər verir ki, matçın ilk yarısında qol olmayıb. 

23:07

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçirilən Çempionlar Liqasının final oyunu başlayıb. 

21:49

Türkiyənin İstanbul şəhərində İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.

Oxu.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Mançester Siti”: 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola

“İnter”: 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzagi

Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir