MARAQLI

Ev sakinlərini gurultulu səsi ilə yuxudan oyadan meteorit damda dəlik açdı – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-də yaşayış evinə meteorit düşüb.

Hadisə Nyu-Cersidə səhər saatlarında baş verib. Səma cismi damı yarıb. Ev sakinləri gurultulu səsə oyanıblar.

Polis baş verənləri qeydə aldığını təsdiqləyib və hadisə zamanı xəsarət alan olmadığını vurğulayıb.

Hazırda mütəxəssislər meteoritin tərkibini müəyyən etmək üçün araşdırma aparırlar.

Onların fikrincə, göy cisminin düşməsi “Eta Aquarid” meteor yağışı ilə əlaqələndirilə bilər. Lakin bu, versiyalardan yalnız biridir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir