MARAQLI

Kök hüceyrə menisk yırtıqlarının effektiv müalicəsi üçün yararlıdır

Sharing is caring!


“Menisk yırtığının üç dərəcəsi olur”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloqu Murad Bağırlı deyib.

Onun sözlərinə görə, 1-ci və 2-ci dərəcə menisk yırtıqlarında konservativ üsullardan istifadə edilir:

“1-ci və 2-ci dərəcəli menisk yırtıqları ağır deyil. Onların müalicəsində kök hüceyrə tətbiq edilir. Effektiv üsul hesab olunur. Bu tətbiq çox aktualdır. 3-cü dərəcəli zədələnmələrdə isə əməliyyatlara müraciət edilə bilər. Cərrahi üsulla müalicələr iki növ aparılır və çox ciddi zədələnmələrdə bu üsula müraciət edilir”.

Həkim əlavə edib ki, diz travmalarında kök hüceyrədən daha çox istifadə olunur:

“Effektiv müalicə üçün yararlıdır. Ana hüceyrələrdir. Menisklər qığırdaqdan təşkil olunduğu üçün əməliyyatda kök hüceyrələrdən istifadə olunur.

Əməliyyatdan sonra xəstələr 4-6 həftəyə əmək qabiliyyətlərini tam bərpa edə bilərlər. Gənclərdə bu 2 həftə çəkə bilər. Bərpa müddəti 55 yaşdan yuxarı olan kişi və qadınlarda, ağır çəkili şəxslərdə uzun çəkə bilər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir