İqtisadiyyat

Türkiyə Azərbaycanda bioloji preparat və peyvənd istehsalına investisiya yatıracaq – FOTO

Sharing is caring!


“İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC Türkiyənin “Vetal Hayvan Sağlığı Ürünləri” Anonim Şirkəti ilə heyvandarlıq sahəsi üçün bioloji preparatların istehsalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb”.

Bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün “Twitter” səhifəsində yazıb.

Nazir qeyd edib ki, layihənin əsas hədəfləri Azərbaycanda müasir tələblərə uyğun bioloji preparat və peyvənd istehsalı, idxaldan asılılığının azaldılması, mərkəzləşdirilmiş laboratoriyanın yaradılması, xarici təcrübənin tətbiqi və yerli mütəxəssislərin hazırlanmasıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir