Dünya

Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin impiçmenti məsələsini nəzərdən keçirməyə başlayıb

Sharing is caring!


Gürcüstanın Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı təklifi baxılmaq üçün qəbul etdiyini təsdiqləyib. Bildirilir ki, iş baxılması üçün ali məhkəmə orqanının plenumuna verilib.

Bu barədə qurumun Mətbuat Xidmətindən bildirilir.

Bildirilir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Konstitusiya Məhkəməsində Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün 80 deputatın yazılı tələbi ilə birlikdə konstitusiya təklifini təqdim edib.

Konstitusiya Məhkəməsinin plenumu bir ay ərzində təklifə baxacaq və daha sonra rəyini parlamentə təqdim edəcək.

Xatırladaq ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası dövlət başçısı hökumətin icazəsi olmadan avqustun 31-də xaricə səfərə yollandıqdan sonra ona qarşı impiçment prosesinin başlandığını elan edib. Partiyadan qeyd edilib ki, Zurabişvili “radikal müxalifət”lə birgə fəaliyyət göstərir və Gürcüstanın Avropaya inteqrasiyasına mane olur.

Mənbə: “Sputnik” Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir