Dünya

Məhsa Əmininin ölümündən sonra İranda həbs edilən jurnalistlərin sayı açıqlandı – FOTO

Sharing is caring!


İranda həbs edilən jurnalistlərin statistikası açıqlanıb.

Bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasına istinadən “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, Məhsa Əmini öldürüldükdən sonra İranda azı 100 jurnalist həbs edilib, onların 21-nə qarşı hökm oxunub və ümumilikdə 77 il həbs cəzası verilib.

“Ötən bir ildə həbs edilən jurnalistlər ağır cəzalarla üzləşiblər. Bir sıra nəşrlər bağlanıb və ya lisenziyaları ləğv edilib, çox sayda jurnalist təhlükəsizlik qurumlarının təzyiqləri nəticəsində işini, evini, vətənini tərk etməyə məcbur olub”, – deyə federasiyanın məlumatında qeyd edilib.

Qeyd edək ki, altı jurnalist hələ də həbsdədir və yaxın günlərdə məhkəmələrinin keçiriləcəyi gözlənilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir